“Fənərbağça” Nikolas Dominges üçün “Bolonya”ya 9+4 milyon avro təklif edib.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu argentinalı yarımmüdafiəçi üçün 15 milyon avro tələb edir. İstanbul təmsilçisi oyunçuya 2.7 milyon avrodan 4 illik müqavilə önərib.
Dominges 2019-cu ildən “Bolonya”da çıxış edir. O, bu müddətdə 109 oyuna çıxıb və 5 qol vurub.