“Sumqayıt” klubu Türkiyə toplanışını başa vurub.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi bu gün gecə saatlarında Vətənə dönəcək.
Təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyulun 16-da Erzuruma yollanan “gənclik şəhəri” təmsilçisi orada yerli komandalarla iki yoxlama görüşü keçirib. Samir Abasovun yetirmələri “Sivasspor”a 0:1, “Erzurumspor”a isə 3:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Sumqayıt” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ilk turunda avqustun 5-də “Səbail”lə üz-üzə gələcək.