23 İyun 2026
Dünya futbolu

“Yuventus” Lukakunu istəyir

“Yuventus” “Çelsi”dən Romelu Lukakunu icarəyə götürmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, London klubu belçikalı futbolçunu icarəyə göndərmək istəmir. Onu yalnız birdəfəlik satmaq niyyətindədir.

Lukakuya Səudiyyə Ərəbistandan təkliflər olsa da, oyunçu oraya getmək barədə düşünmür.

30 yaşlı forvard ötən mövsümü icarə əsasında “İnter”də keçirib. O, burada 37 oyuna çıxıb və 14 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43