“Trabzonspor” “Olimpiakos”a Qiorqos Masuras üçün 1.5 milyon avro təklif edib.
İdmanxeber.az-ın məlumatına görə, Qaradəniz təmsilçisi ötən mövsüm də maraqlandığı 29 yaşlı vingerə yenidən “elçi düşüb”.
Mislav Orsiçin zədəsinin ciddi olması, rəhbərliyi bu addımı atmağa məcbur edib.
Masuras 2019-cu ildən çıxış etdiyi “Olimpiakos”da 210 oyuna 47 qol vurub və 25 məhsuldar ötürmə edib.