20 İyun 2026
İdman

Bölgə təmsilçisi üçün yeni sponsor – ANLAŞMANIN DETALLARI

“Kəpəz”in sponsorsuzluqdan əziyyət çəkdiyi bir dönəmdə  Gəncənin eyniadlı voleybol komandasına yerli şirkətlərdən biri maliyyə ayırmağı düşünür.

İdmanxeber.az-a etibarlı mənbədən daxil olan məlumata görə, “Gəncə” voleybol komandasının yeni sponsoru köhnə adı “Azəralüminium” MMC olan, hazırda “Detal LTD” kimi fəaliyyət göstərən şirkət olacaq.

Şirkət voleybol komandasının azı 1 illik baş sponsoru olacaq.

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsis edilmiş “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti bu 1 il ərzində komandaya 600 min manat vəsait ayrımağı düşünür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43