“Çelsi”nin hücumçusu Kristofer Nkunku sıradan çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı oyunçu “Borusiyya” ilə yoxlama matçında zədələnib. Onun dizindən zədə aldığı və durumunun ciddi olduğu bildirilir.
Oyunçunun bir neçə ay meydanlardan uzaq qalacağı gözlənilir. Nkunku keçən ay 60 milyon avroya Leypsiqdən “Çelsi”yə keçib.

