20 İyun 2026
Ölkə futbolu

Öncə Mutu, sonra Şenol Günəş

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 10-u saat 21:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Beşiktaş” oyunundan əvvəl “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu və futbolçusu Filp Ozobiçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

İdmanxeber.az xəbər verir ki, tədbir avqustun 9-u saat 18:30-da“Neftçi Arena”da keçiriləcək. Konfransdan sonra, saat 19:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 20:00-da “Beşiktaş”in baş məşqçisi Şenol Güneş və futbolçusu Salih Uçanın iştirakı ilə mətbuat konfransı, 20:30-dan isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43