23 İyul 2026
Dünya futbolu

KİV: “Sabah” sabiq “Qalatasaray”lı ilə anlaşdı

“Qalatasaray”ın sabiq hücumçusu Jesse Sekidika karyerasını Azərbaycanda davam etdirəcək.

İdmanxeber.az “Türkiye Gazetesi” nəşrinə istinadən xəbər verir ki, nigeriyalı futbolçu “Sabah”la anlaşıb. Tərəflər arasındakı rəsmi müqavilənin yaxın vaxtda imzalanması gözlənilir.

26 yaşlı oyunçu müqavilə ilə məxsus olduğu “Eyüpspor”dan ayrılıb. O, ötən mövsümün ikinci yarısını “Ümraniyəspor”da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43