22 İyul 2026
Ölkə futbolu

“Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsi idi” – “Qarabağ”ın legioneri

“Heç kimə sirr deyildi ki, hədəfimiz Çempionlar Liqasının qrup mərhələsi idi. Ancaq Avropa Liqasının qruplarına vəsiqə qazandıq. Mövsümə qeyri-stabil başlamağımızın səbəbi digər komandaların güclənməsidir. Bu, bir az daha üzrəmizdə işləməli olduğumuzu göstərir”. 

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Kevin Medina “CBC Sport”da yayımlanan “Legioner” verilişinin qonağı olarkən deyib. O, Ağdam təmsilçisindəki gələcəyi ilə də bağlı danışıb:

“Bu futboldur. Kimsə uzun müddət bir klubda oynayır, kimsə isə başqa bir komandaya üz tutur. “Qarabağ”ı da tərk edənlər olub. Buna normal yanaşmaq lazımdır. Düzdür, komandanı bir neçə keyfiyyətli futbolçu tərk edib. Amma onların əvəzinə o cür oyunçular da heyətə cəlb edildi. Mən də üzərimdə çalşıram, daha yaxşı oynamaq istəyirəm. Özümü “Qarabağ”da görürəm. Bu günə qədər kluba çoxlu oyunçular gəlib-gedib. Ancaq buna baxmayaraq, “Qarabağ” yerində saymır. Kimin getməsindən asılı olmayaraq inkişaf edir.

Transfer pəncərəsində mənim barəmdə də xəbərlər çıxmışdı. Yayda həqiqətən də kluba mənim üçün təklif gəlmişdi. Əvvəlcə gözləmə mövqeyini seçdim. Klubların öz aralarında danışmasını istədim. Hisslərimə inan insanam. Təklif çox cəlb edici olmasına rəğmən, qalmağa qərar verdim. Mənimlə maraqlan klubun adını deməyə ehtiyac yoxdur, bunu hər kəs bilir. Onlara “yox” demək mənim üçün çətin idi. 

Kolumbiyalı müdafiəçi ölkəsində futbola olan maraqdan da söz açıb. O, uşaqlıq dövrünü də xatırlayıb:

“Cənubi Amerikada bütün uşaqların futbola xüsusi sevgisi var. Onlar valideynlərindən ilk öncə top hədiyyəsi istəyir. Mən də istisna deyiləm. Velosiped və motosikletə həvəsim olsa da, ilk olaraq valideynlərimdən top istəmişəm. Cənubi Amerikada futbol din kimidir, ehtirasdır. Ora başqa aləmdir. Uşaq vaxtı evdə tapılmırdım. Bütün günü məhəllədə futbol oynayırdım. Anam məni çox sıxışdırırdı (gülür). Həmişə küçələrdə axtarırdı, təhsil almağımı istəyirdilər. Kolleci bitirdikdən sonra valideynlərimin arzusunu yerinə yetirdim. Artıq mənə mane ola bilmədilər”.

Verilişin tamamını buradan izləyə bilərsiniz:

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43