22 İyul 2026
Dünya futbolu

Ronaldinyo birinci, Zidan ikinci oldu

“Barselona”nın keçmiş yarımmüdafiəçisi Ronaldinyo “FourFourTwo” portalının versiyasına görə, 2000-ci illərin ən yaxşı futbolçuları reytinqinə başçılıq edir.

İdmanxeber.az xəbər verir ki, ikinci yerdə fransalı Zinəddin Zidan, üçüncü sırada isə braziliyalı Kaka yer alıb.

Ronaldinyo 2018-ci ilin yanvarında karyerasını bitirib. O, “Qızıl top”un qalibi olmaqla yanaşı, 2004 və 2005-ci illərdə FİFA-ya görə dünyanın ən yaxşı futbolçusudur.

Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu olub.

 

.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43