“Real” Eduardo Kamavinqanın müqaviləsini uzatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, yeni müqavilədə fransalı yarımmüdafiəçinin məvacibi yüksəldiləcək və oyunçunu itirməmək üçün yüksək bir sərbəstqalma maddəsi olacaq.
Kamavinqa 2021-ci ildən Madrid klubunda çıxış edir. O, bu mövsüm 8 oyunda meydanda olub.

