28 İyul 2026
Dünya futbolu

Təcrübəli mütəxəssis “Ayaks”da

Niderlandlı təcrübəli mütəxəssis Luis Van Qal yenidən “Ayaks”a dönüb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis yeni təyinatı haqqında belə danışıb:

“Ayaks”a kömək etmək istəyirəm. Hazırda həyatımın çox hissəsini Portuqaliyada keçirirəm və bu mənim məsləhətçi olmağıma uyğun gəlir. Futbol biliklərimi Müşahidə Şurasına təqdim etməyə hazıram. Zirvəyə qayıtmaq üçün hər kəs üzərinə düşəni etməlidir”.

Van Qal daha öncə 1991-97-ci illər arası baş məşqçi kimi, 2004-cü ildə isə idman direktoru kimi “Ayaks”da işləyib. O, 1995-ci ildə Niderland nəhənginə Çempionlar Liqasını qazandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43