20 İyun 2026
Dünya futbolu

“Qızıl top”u qazanmaq haqqında düşünmürəm”

“Atletiko”nun və İspaniya millisinin hücumçusu Alvaro Morata “Qızıl top” haqqında düşünmədiyini etiraf edib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə futbolçu özü açıqlama verib::

“Bu barədə düşünmürəm. Fərdi mükafatlar qazanmaq istərdim, amma indi Rodri buna daha yaxındır. Əsas məqsədim keyfiyyətli oyun göstərməkdir. Biz artıq AVRO-2024-ə vəsiqə qazanmışıq. Bu, göründüyü qədər asan deyil. “Atletiko”da uğurlu mövsüm keçirmək istərdim, amma “Qızıl top” haqqında düşünmürəm”.

Bu il kuboku Argentina və “İnter Mayami”nin hücumçusu Lionel Messi qazanıb.

31 yaşlı ispaniyalı bu mövsüm 11 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43