“Yunion” (Berlin) baş məşqçi Urs Fişerin vəzifəsinə son verildiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi hazırda Bundesliqada sonuncu pillədədir. Mövsümə 2 qələbə ilə başlayan “Yunion” sonrakı 9 oyunun hamısında məğlub olub.
Fişer 2018-ci ildən Berlin təmsilçisinə başçılıq edirdi. O, bu mövsüm komandanı Çempionlar Liqasına aparmağı bacarıb.

