“Kəpəz” məşqçilər heyətinə daha bir təyinat gerçəkləşib.
İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi yeni qapıçı məşqçisi ilə anlaşıb. “İmişli”də çalışan Elşad Tağıyev bundan sonra “sarı-göylər”də işləyəcək.
Xatırladaq ki, “Kəpəz” baş məşçqi Adil Şükürovun təyinatından sonra qapıçılar üzrə mütəxəssis Taryel Hüseynovla yollarını ayırmışdı.

