19 İyun 2026
Dünya futbolu

Millimiz Latviya yığmasına qarşı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyununa çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan U-21 millimi hazırlıq məqsədi ilə Latviya ilə qarşılaşacaq.

Matç “Dalğa Arena”da keçiriləcək və saat 18:00-da başlayacaq. 

Qeyd edək ki, Samir Əliyevin komandası Avropa çempionatının seçmə mərhələsində noyabrın 21-də Ukrayna ilə qarşılaşacaq. Oyun İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

18:00. Azərbaycan – Latviya

Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Rasim Axundov, Şamil İmanzadə

“Dalğa Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43