2026-cı ildə keçirələcək Dünya Çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 5-ci turun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, Argentina Uruqvayı qəbul edib.
Görüş qonaqların 2-0 hesablı qələbəsi ilə başa çatıb. Qol müəllifləri Ronald Arauxo və Darvin Nunyes olub.
Uruqvay 1960-cı ildən bəri ilk dəfə eyni təqvim ilində həm Argentinanı, həm də Braziliyanı məğlub edib.

