“Brayton”da çıxış edən Ansu Fati zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı vinger 3 aylıq sıradan çıxıb. “Qağayılar”ın baş məşqçisi Roberto De Zerbi də xəbəri təsdiqləyib: “Bəli, biz onu uzunmüddətli itirdik”.
“Barselona”dan icarə əsasında “Brayton”a keçən Fati Premyer Liqada çıxdığı 9 oyunda 2 qol vurub.