“Qarabağ”da oyunda dubl edən “Molde”nin yarımmüdafiəçisi Kristian Eriksen yerli mətbuata açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, norveçli futbolçu hesabı qoruya bilmədikləri üçün çox məyus olduqlarını deyib:
“Mən məhv olmuşam. Bu, həqiqətən üzücüdür. İndi mən çox əsəbiyəm. Çünki öz səhvimizdir. Çox kədərli vəziyyətdir”.
Xatırladaq ki, “Qarabağ”ın 2:2 hesabı ilə başa çatan matçda bəraəbrlik qolunu 90+5-ci dəqiqədə vurub