Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyespor” Türkiyə 1-ci liqasında 14-cü tur oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, komanda “Kocaelispor”un qonağı olub və 3:0 hesabı ilə qalib gəlib. C.Diniyev start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. O, komandasının ilk qolunun müəllifi olub.