”Qalatasaray”ın yeni transferi Derrik Köhn İstanbula gəlib.
İdmanxeber.az-ın məlumatına görə, “sarı-qırmızılar” almaniyalı oyunçuyla 3,5 illik müqavilə imzalayacaq. Bu keçid üçün “Hannover”ə 3.5 milyon avro ödənəcək.
Köhn bu mövsüm Bundesliqa 2-də 21 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.