”Barselona”nın bu yayki əsas hədəfi 2 oyunçusuyla müqaviləni uzatmaqdır.
İdmanxeber.az-ın məlumatına görə, Katalon klubu həm Ronald Arauxo, həm də Frenki de Yonqla yeni sözləşmə imzalamaq istəyir.
De Yonq 2019-cu ildə “Ayaks”dan “Barselona”ya keçib. O, bu mövsüm 22 oyuna çıxıb və bir qol vurub.
2018-ci ildən “blauqrana”da olan Arauxo isə 25 oyunda bir qol vurub.