”Çelsi” yaxşı mövsüm keçirməsə də, Koul Palmer performansıyla diqqətləri üzərinə çəkməyi bacarıb.
İdmanxeber.az məlumat verir ki, Palmer ötən ilin yayında 47 milyon avroya “Mançester Siti”dən London klubuna transfer olub.
Dünənki “Mançester Yunayted”lə görüşdə het-trik edən Palmer bu mövsüm Premyer Liqada 16 qol vurub. O, ümumi bütün turnirlərdə 21 qol vurub.

