30 İyun 2026
İdman

Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında memorandum imzalandı

Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında bu idman növünün inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu imzalanıb.

İdmanxeber.az-ın məlumata görə, memorandum AGF-nin baş katibi Nurlana Məmmədzadə və Lesoto Gimnastika Federasiyasının prezidenti Xeola Makutioano tərəfindən imzalanıb.

Bildirilib ki, bu əməkdaşlıq federasiyalar arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, AGF daha əvvəl Monteneqro, Kuba, Kosta Rika və Hindistanın müvafiq federasiyaları ilə Anlaşma Memorandumu imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43