“İnter”in hücumçusu Lautaro Martines klubla müqavilənin müddətini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, yeni sözləşmə 2029-cu ilə qədər qüvvədə olacaq. Futbolçu hər mövsüm üçün 9 milyon avro qazanacaq.
Argentinalının klubla hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatırdı.
Ötən mövsüm 26 yaşlı Lautaro 33 matçda 24 qol vuraraq ilk dəfə A Seriyasının bombardiri olub.