Serbiyanın “Partizan” klubunun qapıçısı Aleksandr Yovanoviç karyerasını Azərbaycanda davam etdirə bilər.
İdmanxeber.az yerli mətbuata istinadən xəbər verir ki, futbolçunun xidmətində “Qarabağ” maraqlıdır. Xəbərdə Ağdam klubunun təcrübəli qolkiperi hələ ötən il transfer etmək istədiyi vurğulanıb.
31 yaşlı oyunçu həmin vaxt “Qarabağ”a gəlməyə müsbət yanaşmasa da, Ağdam təmsilçisi yenidən qapıçını gündəminə alıb.
Xatırladaq ki, Yovanoviç 2026-cı il iyunun 30-da qədər “Partizan”a məxsusdur.