“Fənərbağça” baş məşqçisi İsmail Kartalla yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, klub türkiyəli mütəxəssisə gələcək karyerasında uğurlar arzulayıb. Kartal mövsümün əvvəlindən bu vəzifəyə təyin edilmişdi.
Xatırladaq ki, İtaliya mətbuatı İstanbul nəhənginin Joze Mourinyo ilə anlaşdığını bildirib.