Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, yığma İtaliya kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisi ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub – 1:3.
Qeyd edək ki, komandamız iyunun 4-də Fransa ilə qarşılaşacaq.