Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində minifutbol üzrə Avropa çempionatı davam edir.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan milli komandası bu gün 1/4 final görüşünə çıxacaq.
Elşad Quliyevin rəhbərlik etdiyi komanda Qazaxıstanla qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə 19:00-da başlayacaq və İdman TV kanalında canlı yayımlanacaq.