05 Oktyabr 2024
Ölkə futbolu

“Qarabağ” yeni transferi üçün bu məbləğı göz önünə aldı

Gənclər millimizin üzvü İbrahim Ramazanovun “Qarabağ”a transferi an məsələsidi.

İdmanxeber.az-a daxil olan məlumata görə, 19 yaşlı mərkəz müdafiəçisi “Qəbələ”dəki çıxışı ilə diqqəti üzərinə çəkə bilib. Məhz bu səbəbdən də, Qurban Qurbanov Ramazanovu sərəncamında görmək istəyib. Lakin bu transfer üçün Ağdam klubu “Qəbələ”yə yetişdirmə haqqı ödəməlidi.

Futbolçunun “Qəbələ” ilə müqaviləsi başa çatsa da, akademiya yetirməsi olduğundan “Qarabağ” qarşı tərəfə 50 – 100 min manat arası ödəniş etməlidi. 

“Köhlən atlar” bu rəqəmi “Qəbələ” klubuna ödəməyə hazırdı və futbolçu ilə müqavilə bağlandıqdan dərhal sonra vəsait bölgə təmsilçisinin hesabına köçürüləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43