23 İyul 2026
Dünya futbolu

İlham Əliyev: “Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir”

“Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev “X” hesabındakı paylaşımında deyib. O, daha sonra belə davam edib:

“Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43