Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” Zaqrebdə “Dinamo”nun qonağı olub. Görüş Zaqreb təmsilçisinin qələbəsiylə başa çatıb – 3:0
Qeyd edək ki, tərəflər arasındakı cavab matçı avqustun 28-də Bakıda keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off, ilk oyun
20 avqust
23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” (Azərbaycan) 3:0
Qollar: Marko Pyatsa, 30, Sandro Kulenoviç, 75, 80
Hakimlər: Qlenn Nyuberq, Mahbod Beiqi, Andreas Söderkvist, Adam Ladebak (İsveç)
VAR: Bastian Danker (Almaniya)
AVAR: Yohan Pfeyfer (Almaniya)
Zaqreb, “Maksimir”