“Fiorentina”nın yarımmüdafiəçisi Sofyan Amrabat “Napoli”nin maraq dairəsindədir.
İdmanxeber.az-ın məlumatına görə, neapollular 28 yaşlı mərakeşlinin mümkün transfer şərtlərini istəyib.
Amrabat ötən mövsüm “Mançester Yunayted”də icarə əsasında çıxış edib. O, mankunianlıların heyətində bütün turnirlərdə 30 oyun keçirib, qol vurmayıb.
Yarımmüdafiəçinin “Fiorentina” ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı onun dəyərini 22 milyon avro qiymətləndirir.