28 Oktyabr 2024
Dünya futbolu

“Barselona” “Milan”nın hücumçusu üçün danışıq aparır

“Barselona” “Milan”ın vingeri Rafael Leaonu almaqda maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, kataloniyalılar 25 yaşlı portuqaliyalının namizədliyinə “Atletik”dən Niko Uilyamsın transferinin uğursuzluğundan sonra keçib. Klub Leaonun agenti Jorge Mendes ilə danışıqlara başlayıb.

Futbolçu  2019-cu ildən “Milan”da çıxış edir. O, komandanın heyətində 211 oyun keçirib, 58 qol vurub və 50 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 90 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43