23 Sentyabr 2024
Ölkə futbolu

Şahin Diniyev: “Üç qolu buraxmağa layiq deyildik”

“Oyun haqda çox danışmaq istəmirəm. Dinamik matç idi. Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. Bəsit qollar buraxdıq. Üç qolu buraxmağa layiq deyildik. Heçnədən penalti verildi. “Sabah”ın keyfiyyətli oyunçuları oyunun taleyini həll etdi. Komandam öz səviyyəsinə uyğun futbol oynadı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Sabah”a uduzduqları oyundan (2:4) sonra deyib.

O, daha sonra sözlərinə bunları əlavə edib:,

“Komanda yenidən qurulub. Onların birlikdə oynamasına ehtiyac var. Komandada hər oyunda irəliləyiş görünür. Qorxmuram, komanda düzgün yoldadır. Qısa zamanda nəticə olacaq. Tələsməyə ehtiyac yoxdur. Gənc komandayıq. Təcrübə baxımından çətinliyimiz var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43