“Bavariya” futbolçusu Camal Musiala sıradan çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı futbolçubun belində ağrılar var. Bu səbəbdəndə o, məşqlərdə iştirak edə bilmir.
Musiala Bundesliqada “Frankfurt”la oyunu, həmçinin Almaniya millisinin Millətlər Liqasında Bosniya və Herseqovina və Niderlanda qarşı keçirəcəyi görüşləri buraxacaq.