Misli Premyer Liqasının IX turunda ən çox tamaşaçı qeydə alınan qarşılaşma bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, bu, Sumqayıtda baş tutan “Sumqayıt” – “Qarabağ” görüşüdür. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunu tribunalardan 7 min azarkeş izləyib. Turun ən az tamaşaçısı isə “Səbail” – “Şamaxı” görüşü olub. “ASCO Arena”dakı matçı cəmi 300 tərəfdar izləyib.
Digər oyunlarda qeydə alınan azarkeş sayı belədir:
Kəpəz – Neftci – (4:3), Tovuz şəhər stadionu, 500 tamaşaçı
Sabah – Araz Naxçıvan – (1:1) “Bank Respublika Arena”, 600 tamaşaçı
Turan – Zirə – (1:0) Tovuz şəhər stadionu, 4000 tamaşaçı