07 Oktyabr 2024
Ölkə futbolu

Musa Qurbanlı U-21 millimizə dəvət olundu

“Qarabağ” klubunun hücumçusu Musa Qurbanlı Azərbaycanın 21 yaşadək (U-21) futbolçulardan ibarət milli komandasının heyətinə cəlb edilib.

İdmanxeber.az verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Millimiz Avropa çempionatının seçmə mərhələsində oktyabrın 12-də Şimali İrlandiya, 15-də isə İngiltərə yığması ilə səfərdə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43