28 Oktyabr 2024
Dünya futbolu

Super Liqa klubu baş məşqçi ilə yolları ayırdı

“Konyaspor” klubu baş məşqçisi Ali Çamdalı ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik gənc mütəxəssislə yollarını ayırıb. 

Çamdalı aprel ayında komandaya baş məşqçi təyin edilmişdi. Konya təmsilçisi hazırda Superliqada 11 xalla 11-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43