UEFA Avropa Liqasının Liqa yolunun 5-ci turuna yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın sabiq üzvü Kadi Borges və “Neftçi”də bir müddət forma geyinmiş Saldanyanın şərəfini qoruduğu Macarıstanın “Ferençvaroş” klubu öz meydanında Çexiya “Malmö”sü ilə qarşılaşıb.
5 qolun qeydə alındığı görüşdə macarlar qələbə qazanan tərəf olub – 4:1.
Kadi Borges bu oyunun ən yaxşısı seçilib. O, bir qol və bir məhsuldar ötürmə ilə komandasının qələbə qazanmasında böyük pay sahibi olub.