27 Dekabr 2024
Dünya futbolu

Türkiyə millisinin üzvü PSJ-nin hədəfində

“Yuventus”un yarımmüdafiəçisi Kənan Yıldız bir neçə klubun maraq dairəsindədi.

İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı türkiyəli oyunçu “Mançester Yunayted”in siyahısındadır. Onu PSJ, “Arsenal” və “Liverpul” da izləyir. Futbolçunun digər klubların marağına baxmayaraq, böyük ehtimalla Turin təmsilçisində oynamağa davam edəcəyi qeyd edilir.

Yıldız bu mövsüm “Yuventus”un heyətində 19 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.

Yarımmüdafiəçinin İtaliya klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43