Almaniyanın “Bayer” (Leverkuzen) klubu futbolçusu Viktor Bonifasenin müqaviləsini uzatmağı düşünür.
İdmanxeber.az-ın məlumatına görə, Bundesliqa təmsilçisi təcrübəli forvardın müqaviləsini daha 5 il uzatmağı düşünür. Tərəflər arasında ilkin razılıq olub. Son anda hər hansı bir dəyişiklik olmasa, Bonifes 2029-cu ilin yayına qədər “Bayer”də qalacaq.
Qeyd edək ki, nigeriyalı hücumçu bu mövsüm “Bayer” forması ilə 15 oyunda meydanda olub, 8 qol vurub.