12 Yanvar 2025
Ölkə futbolu

“Şamaxı”da sular durulmur – daha bir futbolçu “qara siyahı”da

“Şamaxı” rəhbərliyi daha bir futbolçunu “qara siyahı”ya salıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Brahim Konatedən gedir. Rəhbərlik yarımmüdafiəçi ilə də yolları ayırmağı düşünür. Onunla yanaşı, Georgi Kantariya və komandanın kapitanı Adil Nağıyevin də klubdan ayrılacağı gözlənilir. 

Xatırladaq ki, bir müddət öncə İlkin Muradov da qeyri-müəyyən səbəbdən bölgə klubu ilə vidalaşmışdı.

Son günlərdə böhranda olan bölgə təmsilçisində nə baş verdiyi hələlik konkret bəlli deyil. Ancaq redaksiyamıza daxil olan bəzi məlumatlara görə, adıçəkilən oyunçular klubdakı maliyyə problemlərinə görə ayrılmaq istəyib.

Hətta onlar artıq başqa klublarla danışıqlara başlayıb. Bu da “Şamaxı” rəhbərliyini narahat etdiyi üçün futbolçularla ən qısa vaxtda yolların ayrılması planlanıb.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43