18 İyun 2026
Ölkə futbolu

Azərbaycanı püşkatmada kimlər təmsil edəcək?

Bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkü atılacaq.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, tədbirdə Azərbaycan nümayəndələri də iştirak edəcəklər.

Mərasimə millimizin baş məşqçisi Fernandu Santuş, AFFA-nın icraçı vitse-prezidentinin müşaviri Orxan Əhmədov və A millinin direktoru İlqar Qurbanov qatılacaqlar.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43