“Polşa nisbətən təhlükəsiz ölkədir. Lakin Azərbaycanda təhlükəsizlik hissi daha da böyükdür. Burada nə dava-dalaş, nə küçələrdə sərxoş insanlar, nə də evsiz-eşiksiz insanlar görmədim”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Mateuş Koxalski ölkəsinin mətbuatına açıqlaması zamanı deyib. 24 yaşlı futbolçu “Dinamo” (Zaqreb) ilə oyundan əvvəl Çempionlar Liqası himni səslənərkən hasnı hissləri keçirdiyini də açıqlayıb:
Bəli, həyəcanlı idi. Arzumu gerçəkləşdirdim, avrokuboklarda oynamaq üçün “Qarabağ”a gəldim”.
“Qarabağ” Mateuş Koxalskini bu ilin avqust ayında Polşanın “Stal” klubundan transfer edib. Qapıçı Ağdam təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb.