20 İyun 2026
Ölkə futbolu

Rəhbərlik verdiyi sözə əməl etmir – Bu dəfə də fərqli vaxt deyildi

“Şamaxı” klubu futbolçuların çempionluq mükafatlarını hələ də ödəməyib. Ötən mövsüm I Liqanı lider bitirən oyunçular rəhbərlikdən vəd edilən “premya”nı ala bilmir.

Bölgə təmsilçisi mövsüm ərzində müxtəlif aylarda pulların ödəniləcəyini oyunçulara söz versə də, ortada heç nə yoxdu. Məsələ ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub.

Belə ki, “Şamaxı” rəhbərliyi sözügedən mükafatı mart ayında ödəməyi düşünür. Buna səbəb isə həmin tarixdə UEFA-dan kluba gələcək vəsaitdi. Rəhbərlik yalnız bundan sonra ötən mövsüm çempion olan futbolçuların “premya”sını ödəyə bilər. Mart ayına qədər futbolçulara pulların verilməyəci böyük ehtimalla dəqiqdir.

Əlbəttə, rəhbərliyin bu tarixdə də vəd etdiyi “premya”nı verib-verməyəcəyi dəqiq deyil.

Xatırladaq ki, “Şamaxı” ötən mövsüm futbolçuların hər birinə çempion olduqları üçün 5000 manat pul mükafatı sözü verib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43