20 Yanvar 2025
Ölkə futbolu

Futbolçular istədi, rəhbərlik “ok” verdi – Tovuzdakı qələbənin dəyəri 45 min manat oldu

Misli Premyer Liqasının 19-cu turunda ötən gün “Kəpəz” “Turan Tovuz”u məğlub edib – 5:2. Bu qələbəylə sonuncu sıradan qurtulan komanda vacib 3 xalı aktivinə yazdırıb.

“Kəpəz” rəhbərliyi  “sarı-göylər”in bu qələbəsinə biganə qalmayıb. Futbolçular Qərb derbisindəki qalibiyyətə görə mükafatlandırılacaq.

Oyunun ardından dərhal soyunub-geyinmə otağına yollanan “Kəpəz”in idarə heyətinin sədri İlqar Nadiri futbolçularla görüşüb və komanda üzvlərini təbrik edib. Onların matçdakı  mübarizəsini nəzərə alan klub rəhbəri oyunçuların  hər birinə 2000 manat “premya” vəd edib.

Ümumilikdə Tovuz təmsilçisi üzərində qazanılan qələbəyə görə komandaya 45 min manat mükafat vəd olunub. Futbolçular, məşqçilər və texniki heyət həm maaşlarını, həm də mükafatı “Səbail”lə oyuna kimi əldə edəcəklər.

İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43