“Çelsi”də çıxış edən Joau Feliş klubdan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Aston Villa” hücum xəttini bu futbolçu ilə gücləndirmək istəyir. Portuqaliyalı London klubunda az oynadığı üçün ayrılmağa müsbət yanaşır.
Portuqaliya millisinin üzvü “mavilər”in heyətində meydana çıxdığı 19 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.