04 Fevral 2025
Ölkə futbolu

“Karvan” yeni bazasına qovuşur – klub rəsmisi təsdiqlədi – FOTOLAR 

Azərbaycan I Liqa təmsilçisi “Karvan”ın yeni bazası hazır olmaq üzrədir.

İdmanxeber.az-a verilən məlumata görə, ikimərtəbəli binanın inşası başa çatıb. Bazaya ofis ləvazimatlara gətirilib və hazırda otaqlara yerləşdirilir.

İki mərtəbəli binanın birinci mərtəbəsi klub personalı, ikinci mərtəbəsi isə futbolçular üçün nəzərdə tutulub. Bazanın açılışı bu ayın sonu və ya martın əvvəli nəzərdə tutulub.

Məlumatı klubun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayev də təsdiqləyib. O, saytımıza bildirib ki, bazada  artıq tamamlama işləri gedir. Yaxın zamanda media nümayəndələrinin də iştirakı ilə  açılış nəzərdə tutulub.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43