İngiltərə Premyer Liqasında transfer dönəminin vaxtı qısaldıla bilər.
İdmanxeber.az-ın “The Telegraph” nəşrinə istinadən verdiyi məlumata görə, qurum rəhbərliyi qış transfer pəncərəsinin iki həftəyə qədər qısaldılması, eləcə də yay transfer pəncərəsinin mövsüm başlamazdan əvvəl bağlanması imkanlarını nəzərdən keçirir.
Təklifin səsə qoyulub-qoyulmayacağına İPL-də çıxışedən 20 klubun rəhbərləri qərar verəcək.
Bu qərarın klubların və məşqçilərin mövsüm başlayandan sonra mümkün futbolçu transferləri ilə bağlı yaranan narahatlığına son verəcəyi ümid edilir.
Təşəbbüsün digər Avropa liqalarının rəhbərləri ilə müzakirə olunacağı ehtimalı da var.